Müğənni İlhamə Qasımova: “Minifutbol turniri uşaqlara Vətən sevgisi, birliyə inam, qalibiyyət ruhu aşılayır”

Bu cür yarışlar təkcə idman baxımından deyil, həm də gənc nəsildə milli dəyərlərin formalaşması üçün mühüm əhəmiyyət daşıyır.
Bakının abad məhəllələrində keçirilən mini futbol yarışları möhtəşəm finalla başa çatdı

Baki-baku.az xəbər verir ki, 2013–2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən — rayon və şəhər mərhələlərindən ibarət olan turnirin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasıdır.