Vətənin igid qızları: 8 Martda üç qəhrəman qadının xatirəsi

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız qadınların cəmiyyətdəki rolunu qeyd etmək deyil, həm də Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəman qadınlarımızı xatırlamaq üçün xüsusi bir gündür.
Qələmiylə döyüşə gedən qadın – Salatın Əsgərova

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olmuş ilk qadın jurnalist Salatın Əsgərovanın anım günüdür.