Kollektorun üzərindəki sökülən evin sakinləri kirayə mənzillə təmin olunub – AÇIQLAMA

Daha əvvəl xəbər verdiyimiz kimi, Xətai rayonunda Rəşid Bağırov küçəsində yerləşən diametri 1200 millimetr olan tullantı su kollektorunun çökməsi nəticəsində ciddi qəza baş verib.
Kollektorun üzərində tikilən ev söküldü, xəttin bərpası işlərinə başlanıldı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb.