Elnarə Ənsari: Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə tam elektron və təmassız sistem tətbiq olunur

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlimdə çıxışı zamanı danışıb.