Nazir müavini: Şəhərsalma prosesinin bütün mərhələlərində ətraf mühitə təsirlər davamlı şəkildə nəzarətdə saxlanılır

Baki-baku.az xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov World Urban Forum 13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” adlı tədbirdə çıxışı zamanı səsləndirib.