“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd edək ki, bu təyinata qədər Rüfət Mahmud SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.
Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Səfir Seferino Valdez Peralta Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyanın salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, […]
Bakının velosiped yolları belə yuyulur

Son zamanlar Bakıda insanların rahat və təhlükəsiz hərəkəti üçün salınan velosiped zolaqları bu gün paytaxt sakinləri tərəfindən geniş istifadə olunur. Bu isə həmin yolların çirklənməsinə səbəb ola, bu yoldan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərə bilər.Baki-baku.az xəbər verir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bununla əlaqədar mütəmadi olaraq velosiped yollarının yuyulması işlərini həyata keçirir.
Ötən il Bakı üzrə 327 statistik vahid ləğv edilib

2024-cü ildə Bakı şəhəri üzrə 327 statistik vahid ləğv edilib.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeydiyyatda olan statistik vahidlərin 66,1 %-i Bakıda yerləşib.Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 77,8 %-i Bakıda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində 8,2 % daha fəal olub.
İstehsalda yaranan ehtiyatların 46 %-ə yaxını Bakı anblarında qalıb

Ötən il istehsal edilmiş məhsullardan yaranan ehtiyatların 45,9 %-i Bakıdakı sənaye müəssisələrinin anbarlarında qalıb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 2025-ciil yanvarın 1-i vəziyyətinə 746 milyon manatlıq hazır məhsul olib.Həmçinin ehtiyatların 17 %-i Sumqayıt, 2,8 %-iGəncə, 2,8 […]
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Baki-Baku.az xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, […]
Bakının Aynası

“Bakı” qəzeti ilk dəfə 10 yanvar 1958-ci ildə nəşr olunub 1958-ci il yanvarın 10-da Bakı şəhərinin mətbuu orqanı kimi fəaliyyətə başlayan “Bakı” qəzeti 35 min tirajla hər gün saat 5-də oxucularının görüşünə gəldi. Şəhər həyatının bütün sferalarını, elmi-mədəni, ictimai-siyasi, iqtisadi-sosial yeniliklərlə ölkənin informasiya bazasına çevrilən “Bakı”nı tirajı 150-200 min olan “Kommunist” və “Vışka” qəzetlərindən fərqləndirən […]
Prezident İlham Əliyev telekanallara müsahibəsində İranla gələcək münasibətlərə toxunub

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox […]
2024-cü il Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətində yadda qalan il oldu

Başa vurduğumuz il ərzində Bakının gözəlləşdirilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifahının təmin edilməsi istiqamətində işlər görülüb.Baki-Baku.az il ərzində görülən işlərə nəzər yetirir.Belə ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində bir sıra fəaliyyət həyata keçirilib. 2024-cü ildə bu istiqamətdə […]
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.