Bakıda beş yeni parklanma məntəqəsi yaradılıb

Bakıda yeni parklanma məntəqələri yaradılıb.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, AYNA tərəfindən İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni parklanma məntəqəsi artıq istifadəyə verilib.“Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir”, – deyə məlumatda qeyd olunub.
Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı bərpa edilir

Paytaxtın Mirzəağa Əliyev küçəsində aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib. Baki-baku.az bildirir ki, bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən küçədə mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq. Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası […]
Bakıda yeni avtobus zolağı çəkiləcək

Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək. “Unikal” xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. “Şəhərin müxtəlif yerlərində olduğu kimi, Zərifə Əliyeva küçəsində də avtobus zolağının effektiv olacağını düşünürük. Bu barədə layihə artıq hazırdır”, – deyə A.Rzayev qeyd edib.