Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/26/2026

Paylaşın

GÜNDƏM

Səttar Bəhlulzadənin bağışladığı piano…

Rənglər dünyasının rəngli göz yaşı, İlahinin sevgi dolu palitrası olan Səttar Bəhlulzadə bütün ruhu, duyğuları və sevgilər ilə yeriyən Azərbaycan idi. Təbiət onun fırçasında nəfəs alır, ruhun qida yerinə çevrilirdi. Ondan sonra onlu xatirələr kimi… Sizə təqdim etdiyimiz ən yaxın dostu olan Fərhad Muradovun kiçik bir xatirəsi sənəti böyük Səttar Bəhlulzadənin böyük ürəyinin çırpıntısıdır. Bu xatirəni dinləyəndə insanın qəlbinə bir duyğu hakim kəsilir. İnsan gözü ilə sevir, qəlbi ilə yaradır. Səttar Bəhlulzadə şah əsərlər yaratmaq üçün gəldi, şah damarımız kimi bizə – qəlbimizə yaxın oldu. 

Səttar fərqli, özünəməxsus adam idi. Bizim Səttar – sadəliyi və ürəyinin genişliyi ilə yadda qalan bir insan idi. Kimin üşüdüyünü görsə, üstünü örtər, kimin ehtiyacı olsa, köməyini əsirgəməzdi. O da Əmircanlı idi, kəndinin adamlarına xas olan səmimiyyəti və səxavəti ilə yaşayırdı. Bizimlə nar bağlarına gedəndə cibindən dəsmalına bükülmüş pulları çıxarar, aralarından qırmızı onluq seçib verərdi. Bunu elə təbii, elə sakit edərdi ki, sanki bu onun üçün adi bir hal idi.

Səttar haqqında belə bir hadisə də danışım. Günlərin bir günü o, rəssam dostlarından birinin evinə qonaq gedir. Səttarın olduğu məclislərdə həmişə bir istilik, bir səmimiyyət olurdu; o, hər kəslə söhbət etməyi, xüsusilə də uşaqlarla ünsiyyət qurmağı sevərdi. Evdə balaca bir qız da vardı. Səttar qızdan soruşur: “Ay qızım, gəl bura. Necəsən? Böyüyəndə nə olmaq istəyirsən?” Qız da cavab verir: “Mən piano çalmaq istəyirəm”.

Səttar otağa bir də diqqətlə baxır və görür ki, evdə heç yerdə piano yoxdur. Səhər tezdən evə zəng vururlar. Bir fəhlə gəlib deyir ki, sizin üçün piano gətirmişik, Səttar Bəhlulzadə göndərib, aşağıdadır. O gün qərbə hadisə baş vermişdi. Səttar ən bahalı pianonu alıb dostunun evinə göndərmişdi. Uşaq istəmişdi, ürəyi onu arzulamışdı deyə bunu etmişdi. Səttarın xasiyyəti belə idi.

Səttar bizə neçə-neçə şəkil bağışlayıb. İndi baxın, hansı rəssam belə edir, çəkdiyi əsəri bağışlayır? Demək olar ki, heç kim. Atam danışırdı ki, Səttar diplom işini – Babək üsyanını təndirin üstündə, ağardılmış bir divarda çəkib. Həmin rəsmin fotosunu da atam çəkib. Sonra həmin fotonun əsasında Səttarın diplom işi hazırlanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bayram günlərində də Bakının həm ekoloji mühiti, həm də estetik görünüşü üçün çalışanların fəaliyyətinə diqqət yetirir.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

GÜNDƏM

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin