Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2025

Paylaşın

GÜNDƏM

“Sən tək deyilsən!” mövzusunda tədbir keçirilib

IMG-20251027-WA0021

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonu, 335 № li tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya və cəmiyyətə inteqrasiyası ilə bağlı tədbirlərin gücləndirilməsi, onlara tibbi və psixolojin dəstəyin göstərilməsi məqsədilə “Sən tək deyilsən!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Moderatorun çıxışı ilə açılan tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul katibi Zülfiyyə Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin rəis müavini, polis kapitanı Əli Məmmədov, Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətlərin təşkili Departamentinin böyük mütəxəssisi Nurlana Məmmədova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Bakı Narkoloji Mərkəzi və “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İnsan Hüquqları Təşkilatının psixoterapevti Günay Babayeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin