Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

TARİXİMİZ

Stalinin istedadına görə cəzalandırılmasına icazə vermədiyi şair

30-cu illərindəhşətli repressiyalarının, Bağırov rejiminin üstündən illər, onillər ötsə də, o məhşum illərlə bağlı rəsmi sənədlər insanı ötən çağlara aparır. 1956-cı il aprelin 26-da o zamanlar Djerjinski klubunun,  Təhlükəsizlik Xidmətinin indiki Mədəniyyət Mərkəzinin binasında Mircəfər Bağırovun məhkəmə prosesi gedirdi. Məhkəmədə şəxsən SSRİ-nin baş prokroru Roman Rodenko iştirak edirdi. Rodenkonun “ Yoldaş Bağırov, nə üçün Səməd Vurğunu həbs etmək və qətlə yetirmək istəmisiniz?” sualına Bağırov cavabında belə deyir: “1935-1937-ci illərdə xalq düşmənlərinin ifşası zamanı Səməd Vurğunun əleyhinə çoxsaylı arayışlar və ifadələr var idi”. Bağırov onu da qeyd edir ki, “Şairin əsərlərində çoxlu səhvlər olsa da, istedadına görə Stalin onun cəzalandırılmasına  icazə vermirdi. Bir neçə il sonra isə Səməd Vurğun yanıma gələrək, məndən Hüseyn Cavidlə, Abbas Mirzə Şərifzadənin həbsdən azad edilməsini xahiş etdi”.

Məhkəmə prosesi zamanı Bağırov Rodenkonun sualına verdiyi cavabda onuda vurğulayır ki, “ O, Səməd Vurğunu millətçilik ruhu qoxan şeirlərindəki, ciddi sözlərə görə dəfələrlə tənqid edib, amma, şair, hələ də millətçi kimi qalıb”.

Mircəfər Bağırovun məhkəmə zamanı belə, “O, hələ də millətçi kimi qalır” deyib damğaladığı Səməd Vurğun “El bilirb ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma Vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan?!” nidası ilə bu gün də diridir, dipdiridir, əbədidir. Vaxtdan, zamandan uca duran, müharibələrdən, repressiyadan, möcüzələr sayəsində xilas olunan, İkinci Dünya Müharibəsində  mümkün olmayanları mümkünə çevirən, 30-cu illərdə axıtmadığı qan, kəsmədiyi baş qalmayan bir qan içənin- Stalini belə, istedadı ilə heyrətləndirib ovsunlayan Səməd Vurğun “Dünən fərman verən, Bu gün can verir” misrası ilə insanı, insanlığı hələ də əbədiyyətə, əbədi olan müqəddəsliklərə Vətən sevgisinə, ədalətə, ləyaqətə, sədaqətə, inama, etibara səsləyir.

Təqdim etdiyimiz bu fakt bəzi misralarına və şeirlərinə görə Səməd Vurğuna başqa bir baxış bucağından yanaşanlara, onu “yaltaq”, “satqın” adlandıranlara  bir mesajdır. O dövrün Azərbaycandakı “memarı”  Bağırov məhkəmə prosesində öz dili ilə qeyd edir: “İstedadına görə Stalin onun cəzalandırılmasına icazə vermirdi”. “Səməd Vurğun yanıma gələrək, məndən Hüseyn Cavidlə, Abbas Mirzə Şərifzadənin həbsdən azad edilməsini xahiş etdi”.

Cavid əfəndinin “ İblis” dramında bu mənzərəni özündə ehtiva edən incə bir məqam var: “İblis nədir?  – Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? – İblis!.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva sərgidən videoçarx paylaşıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin