Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/26/2026

Paylaşın

İdman

Slovakiyalı hakim cari mövsüm ikinci dəfə “Qarabağ”ın oyununu idarə edəcək

Slovakiyalı FIFA referisi İvan Krujlyak cari mövsüm ikinci dəfə “Qarabağ”ın oyununu idarə edəcək.
Baki-baku.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Liverpul”la baş tutacaq səfər matçına təyinat alan 41 yaşlı hakim daha əvvəl də “köhlən atlar”ın qarşılaşmasında iş başında olub.
“Qarabağ” 2025-ci ilin avqustunda eyni turnirin III təsnifat mərhələsindəki ilk görüşündə Şimali Makedoniyada “Şkendiya”nı minimal hesabla üstələyib.
İ.Krujlyak Azərbaycan millisinin 2021-ci ildə Qətərə uduzduğu (1:2) yoldaşlıq oyununda, 2015-ci ildə isə “Qəbələ”nin UEFA Avropa Liqasının pley-offunda Yunanıstanda “Panatinaikos”la bərabərə qaldığı matçda (2:2) meydanda əsas söz sahibi olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin