Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

GÜNDƏM

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub

WhatsApp Image 2026-05-15 at 15.52.16

14 may 2026-cı il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin bir qrup tələbəsi F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olub.
Baki-baku.az xəbər verir ki, tələbələr kitabxananın fəaliyyət istiqamətləri, oxuculara göstərilən müasir xidmət növləri, fondun təşkili və informasiya resurslarının idarə olunması prosesi barədə ətraflı məlumatlandırılıblar.Kitabxana əməkdaşları tərəfindən tələbələrə kitabxana işinin əsas prinsipləri, biblioqrafik təsvir qaydaları, informasiya axtarış sistemləri və müasir kitabxana xidmətlərinin təşkili barədə ətraflı məlumat verilib. Tələbələrə, həmçinin kitabxanada tətbiq olunan AKİS proqram təminatı vasitəsilə elektron kataloqun yaradılması və idarə olunması prosesi nümayiş etdirilib. Elektron kataloq sisteminin oxucular üçün yaratdığı imkanlar, informasiya resurslarının operativ axtarışı və məlumat bazasının formalaşdırılması prinsipləri tələbələrin xüsusi marağına səbəb olub.
Proqram çərçivəsində gənclər kitabxanalararası abonement xidməti, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin iş mexanizmi ilə də yaxından tanış olublar. Onlara müxtəlif kitabxanalar arasında informasiya mübadiləsinin təşkili, oxucuların informasiya tələbatının ödənilməsi istiqamətində həyata keçirilən xidmətlər barədə geniş məlumat təqdim edilib.
Tanışlıq proqramının əsas məqsədi tələbələrin kitabxana-informasiya fəaliyyəti, kitabxanaşünaslıq və biblioqrafiya sahəsində nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi, həmçinin gələcək peşə fəaliyyətləri ilə bağlı daha geniş təsəvvür formalaşdırılmasıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Metropoliteni" QSC mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) günlərində metro gücləndirilmiş iş rejimində

Ən son

GÜNDƏM

Hər il mayın 15-də qeyd olunan Beynəlxalq İqlim Günü bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən

GÜNDƏM

Hər il mayın 15-də qeyd olunan Beynəlxalq İqlim Günü bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin