Atlantik okeanın mərkəzində, planetdəki dənizlərin heç birinə bənzəməyən unikal bir su hövzəsi mövcuddur.
Sarqas dənizi – sahil xətti olmayan yeganə dənizdir. Belə ki, onun sərhədlərini quru sahəsi deyil, güclü okean axınlarının yaratdığı xətlər təyin edir.
Baki-baku.az xəbər verir ki, bu dənizin adı suyun səthində üzən, yaşılla qızılı rəngin çalarlarını əks etdirən xalçaya bənzər “sarqassum” adlı yosundan götürülüb.
Bu yosunlar bütöv mini-ekosistemlər üçün sığınacaq rolunu oynayır, sualtı bitkilər isə okeanın ortasında sanki sirli bir sualtı meşə təəssüratı yaradır.
Hacı Cavadov