Nəşr edilmişdir 01/29/2025

Paylaşın

GÜNDƏM

Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq

Çiskinli, hava, hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən "Boranı" restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən "Boranı" restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.