Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

Rusiyanın bəzi aviaşirkətləri Azərbaycana reyslərini ləğv edib

4693a528-fbd0-486a-837f-f888d9c9765f

Rusiyanın “IrAero”, “Ural Airlines” və “UTair” aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.
Bu barədə Baki-Baku.az Rusiya KİV-lərinə istinadən xəbər verir.
Bildirilib ki, “UTair” Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Eyni zamanda, “UTair”in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
“IrAero” Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. “IrAero”nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.
“Ural Airlines” Soçidən uçuş proqramında dəyişiklik edib. Moskva və Yekaterinburqdan Bakıya reyslərin biletləri satışda qalıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə – Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına

Ən son

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox