15/01/2026

Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

18/01/2026

Azərbaycanın qədim ailə adətləri bu poetik tamaşada canlanır. Azərbaycanda ailənin, sevginin və ənənənin əsrlər boyu necə toxunduğunu göstərən bədii səyahətdir. 18 yanvar Biletlər — 20 azn Saat 16:00-17:00 Yaş : 12+ Qapilar 15:30-da açılır

23/01/2026

Vilyam Şekspir “Ledi Maqbet” V. Şekspirin “Maqbet” faciəsi əsasında hazırlanan “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi diqqət Ledi Maqbetin üzərində cəmləşib. Tamaşa qisas arzusu və şöhrətpərəstliyin insan həyatında hansı faciələr yaratdığını göstərir. Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar.

24/01/2026

ANAR “DANTENİN YUBİLEYİ” annotasiya Feyzulla Kəbirlinski səhnədə, sənətdə, ailədə uğursuz insan olaraq öz faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi yaşayır. Nə sənətdə, nə də ailədə yeri olmayan bir insan faciəsi… Gücsüz, əlacsız, amma saf və xoş bir insan faciəsi. Teatrda, sənətdə istedadsız və faydasız olsa belə, Kəbirlinski insandır. Yaşamaq istəyən kiçik insan.