Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/17/2024

Paylaşın

GÜNDƏM

Qışda immunitet artıran qidalar – həkim məsləhəti

immunitet artıran qidalar

İmmunitetin artırılması üçün qidalanmada quşüzümü, bibər, sitrus meyvələri, kələm, göyərti, balıq və digər məhsulların olması vacibdir.
Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Rusiyalı həkim Mariya Vorobey bildirib ki, immunitet sistemini gücləndirməyə və orqanizmi virus və infeksiyalardan qorumağa kömək edən məhsullar haqqında danışıb. O, “C” vitaminini immunitetin əsas köməkçilərindən biri adlandırıb.
“Bu vitamin sitrus meyvələrində (portağal, limon, qreypfrut), quşüzümü, çaytikanı, bolqar bibəri, gül kələm və Brüssel kələmində, həmçinin göyərtilərdə (cəfəri, şüyüd) çox miqdarda var”, – deyə həkim qeyd edib.
Həkim immunitet üçün “A” və “D” vitaminlərinin də vacib olduğunu bildirib: “A” vitamini ilə rukola və şüyüd zəngindir. “D” vitaminini isə əsasən yağlı balıq növlərindən (qızılbalıq, treska, sardina) alırıq, az miqdarda kərə yağı, pendir, yumurta sarısı, kürü və təbii şəraitdə yetişdirilən göbələklərdə var. “Omega-3” çoxdoymamış yağ turşuları orqanizmin müdafiə funksiyalarını gücləndirməyə kömək edir. Yağlı dəniz balığı – sardina, treska, qızılbalıq, forel bu maddə ilə zəngindir. “Omega-3″, həmçinin qoz-fındıqda var, lakin yüksəkkalorili olduğu üçün gündə 30 qramdan çox yemək tövsiyə edilmir”, – Vorobey əlavə edib.
Ekspert orqanizmdə immun hüceyrələrin əmələ gəlməsi üçün dəniz məhsulları, dəniz balığı, göbələk, qoz-fındıq və günəbaxan toxumlarında zəngin olan selenin zəruriliyindən də danışıb.
“Sink də az əhəmiyyətli deyil – o, dəniz balığı, ət, krevetka, qoz-fındıq, göbələk və pendirdə var. Əlbəttə, süd məhsulları və sellüloz haqqında unutmaq olmaz. Onlar həzm sisteminin işini normallaşdırır və bağırsağın selikli qişasını qoruyan öz mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq güclü immunitetin təminatıdır”, – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Yasamal rayonunda daha 4 kəsişmədəki işıqforlara velosiped bölmələri quraşdırılıb.

Ən son

GÜNDƏM

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.

GÜNDƏM

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin