Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/17/2026

Paylaşın

TARİX

Qılıncdan “Qanunnamə”yə: Uzun Həsənin dövlətçilik təlimi 

WhatsApp Image 2026-07-17 at 09.40.25

II yazı

Pir Budaqla ittifaqa girmədi, səbəb Qaraqoyunluların hamısını düşmən hesab etməsi idi

Bayburtun və Harputun fəthindən sonra 1466-cı ildə yenidən gürcülərin üstünə yeriyən Uzun Həsən həmişəki kimi böyük qənimətlərlə geri döndü. Bu ərəfədə Qaraqoyunlu hökmdarı Cahan şah, oğlu – Bağdad hakimi Pir Budağın üsyanını yatırmağa çalışırdı. Pir Budaq üsyanını yatırdıqdan sonra Cahanşahın Ağqoyunlulara hücum ehtimalı yüksək olsa da, Həsən bəy Pir Budaqla ittifaqa girmədi. Buna səbəb onun Qaraqoyunluların hamısını düşmən hesab etməsi idi.  Tarixi mənbələrdə sübut edir ki, Cahan şah oğlu Pir Budağın üsyanını yatırdıqdan sonra böyük bir ordu ilə Ağqoyunlulara qarşı hərəkətə keçdi. Bu səfərdə Qaraqoyunlu Cahan şahın məqsədi Uzun Həsənə öz hökmdarlığını qəbul etdirmək idi. Bu səbəbdən Cahan şah səfər zamanı rahat hərəkət edir və qaldığı yerlərdə vaxtaşırı əyləncələr keçirirdi. Uzun Həsən isə “Vur, qaç” döyüş taktikası ilə Qaraqoyunluları yormağı əsas döyüşə qədər gücdən salmağı planlamışdı və çox keçmədən buna nail oldu. Uzun yol qət edən Qaraqoyunlular heç bir uğur əldə etmədilər.  Yorğun və üzgün düşən bəylər və əsgərlərin çoxu öz yurdlarına qayıtmaq, dönmək istəyirdilər. Bunu görən Cahan şah Həqiqi səfəri bahara saxlayaraq bir çox əsgər və bəylərin ordudan ayrılmasına icazə verdi. Ancaq özü, oğulları, qohumları və az sayda əsgərləri ilə arxadan yola düşdü. İndiki Bingöl vilayətinin Sancaq  elində çadırlar qurdurdu. Uzun Həsən isə Cahan şahı yaxından izləyirdi və gecə düşdükdə onun əyləncə içərisində olan düşərgəsinə altı min döyüşçü ilə qəfil  hücum etdi. Bu döyüşdə Cahan şah Həqiqi öldürüldü, iki oğlu və əmirləri isə əsir götürüldü.

Kirmanın və Bağdadın ələ keçirilməsi ilə Ağqoyunlu dövləti İmperiyaya çevrildi

 Bu hadisədən sonra Qaraqoyunlular Teymuri Əbu Səidin dəstəyi ilə zindanda olan Həsənəli bəyi taxta çıxardılar. Uzun Həsən Cahan şahın Qaraqoyunlu dövlətini bərpa etmək istəyən oğlu Həsənəli bəyi də məğlub etdi. Daha sonra  Cahan şahın başını müttəfiqi Sultan Əbu Səidə, Həsənəli bəyin kəlləsini isə Osmanlı sultanı II Mehmetə göndərdi. 1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın güneyini, Təbirizi və Qarabağı tutdu. 1470-ci ildə isə Kirmanın və Bağdadın ələ keçirilməsi ilə Ağqoyunlu dövləti İmperiyaya çevrildi.  Bunula da Qaraqoyunlu dövləti süquta uğradı, Teymurilər dövləti isə həddən artıq zəiflədi. Uzun Həsən Azərbaycanın tarixi torpaqlarını əhatə edən  Anadolunun, Güney Azərbaycanın, İraqın, indiki Ermənistan adlanan – Qərbi Azərbaycanın, Diyarbakırın, Şərqi Gürcüstanın, Qarapapaqların yurd yerləri olan Borçalı və Qarayazı mahallarının daxil olduğu qüdrətli bir dövlət qurdu.  Azərbaycanın  qədim – qayım şəhəri Təbrizi  İmperiyanın paytaxtı elan edərək  milli dövlətçilik tariximizdə yeni bir səhifə açdı.  

Sultan Əbu Səid Cahan şahın oğlanlarını müdafiə etmək bəhanəsi ilə Azərbaycana 27 minlik qoşunla yürüşə çıxdı

Odlar Yurdu Azərbaycanda yeni sülalənin hakimiyyətə gəlməsi ölkənin siyasi qüvvələri arasında razılıqdan daha çox rəqabət abı-havası yaratdı. Xorasanda hökmranlıq edən Teymuri sultanı Əbu Səid Cahan şahın oğlanlarını müdafiə etmək bəhanəsi ilə Azərbaycana 27 minlik qoşunla yürüşə çıxdı. Teymuri qoşunlarının Xorasandan çıxmasının ilin sonuna kimi uzandığını görən Uzun Həsən, Azərbaycanda Qaraqoyunlu qüvvələrinin bütünlüklə aradan götürülməsi ilə məşğul oldu. Güclü rəqiblə yeni savaşa girmək istəməyən Uzun Həsən, anası Sara xatunun başçılığı ilə Sultan Əbu Səidin yanına elçilərini göndərərək ona qiymətli hədiyyələr təqdim etdi. Ancaq Sara xatun Sultan Əbu Səidi niyyətindən döndərə bilmədi. O, elçiləri hörmətlə qarşılayıb, Həsən bəyə tac və qızıl kəmərli qılınc göndərsə də, yürüşü dayandırmaq fikrindən dönmədi. Teymuri qoşunları Azərbaycana girib ilk dəfə Miyanədə yerləşdi. Sərt soyuqların düşməsi səbəbindən qoşun buradan birbaşa Təbrizə deyil, Qarabağ düzənliyinə, oradan da yem və ərzaq çatışmazlığını bəhanə edərək Muğandakı Mahmudabad və Qızılbaxış qəsəbələrinə yollandı. Sultan Əbu Səidin dolayı yol seçib Xəzər sahili ilə çıxması, Şirvanşah Fərrux Yasarın köməyini almaq istəyi idi. O, I Xəlilullah dövründə Xəzərdən gəmilərlə Teymurilərə hərbi qüvvə və ərzaq göndərildiyini bildiyi üçün yeni Şirvanşaha da ümid bəsləyirdi. Ancaq bu dövrdə artıq 60-cı illərin sonunda Azərbaycanda hakimiyyət başında duran siyasi qüvvələrin mövqeyi  fərqli idi. 

Sultan Əbu Səidin arxadan Səfəvi və Şirvanşahların birləşmiş süvariləri tərəfindən mühasirəyə alınması döyüşün taleyini həll etdi

Belə bir həssas dönəmdə Uzun Həsən Azərbaycandakı üç başlıca qüvvənin: Ağqoyunlu dövlətinin, Şirvanşahlar İmperiyasının və Səfəvi Ərdəbil hakimliyinin birləşərək bir cəbhədə Teymurilərə qarşı ayağa qalxması ideasını irəli sürdü.   Nəticədə Ağqoyunlu hökmdarı Teymuri qoşunlarına qarşı Şirvanşahların və Səfəvilərin dəstəyini qazandı.  Əldə olunan məlumatlardan bəlli olur ki, Sultan Əbu Səidin və Uzun Həsənin qüvvələri Kür sahili yaxınlığında qarşılaşır. İlk hücumu Sultan Əbu Səid edir. Mərkəz qüvvələrini önə verən Sultan Əbu Səid “Qurd qapanı” taktikasını təkrarlamağı düşünsə də Ağqoyunlu hökmdarı sol və sağ cinahlardan Teymuri qüvvələrini ox yağışına tutur və mərkəzi birliyin  əsas  döyüşə çatmadan dağılmasına nail olur. Bundan sonra o, ümumi hücum əmrini verir. Sultan Əbu Səidin arxadan Səfəvi və Şirvanşahların birləşmiş süvariləri tərəfindən mühasirəyə alınması döyüşün taleyini həll edir. Uzun Həsən Sultan Əbu Səidi özü öldürməsə də, onu qatı düşmənlərindən olan Xorasan şahzadəsi Məhəmməd Yadigara göndərir. Bunun tarixi səbəbi vardı. Sultan Əbu Səid Xorasan Şahzadəsini anasını öldürmüşdü. Onun  intiqamı daha dəhşətli ola bilərdi. Bu səbəbdən də Uzun Həsən Sultan Əbu Səidin edamı xəbərini alanda tək bir cümlə işlətmişdi : Qisas qiyamətə qalmaz! 

Ağqoyunlu hökmdarı bununla Teymuri – Qaraqoyunlu münasibətlərinə birdəfəlik son qoymaqla yanaşı, Ağqoyunlu İmperiyasını siyasi rəqiblərinin taleyini həll etmiş oldu. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan estrada musiqisinin banilərindən biri, unudulmaz müğənni, aktyor, memar və Xalq artisti Mirzə Babayevin doğum günüdür.

Ən son

GÜNDƏM

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.

GÜNDƏM

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin