Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/07/2026

Paylaşın

GÜNDƏM

Qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət

Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, BDYPİ bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

“Sürücülərdən xahiş olunur ki:

-Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.

-Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.

-Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.

-Yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.

Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi

Ən son

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin