Nəşr edilmişdir 01/06/2025

Paylaşın

GÜNDƏM

Qeyri-iş günlərində təcili tibbi yardıma Bakı üzrə 19 minə yaxın çağırış daxil olub

538efabe-66dc-4b30-bab1-5a0d1ca9f86a

Yeni illə əlaqədar qeyri-iş günlərində (30.01.2024 – 05.01.2025) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 39 min 881 çağırış daxil olub.
Baki-Baku.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, çağırışlardan 18 min 597-si paytaxt Bakı üzrə, 21 min 284-ü isə bölgələrdə qeydə alınıb. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 min 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış bu ilin yanvar ayının 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 min 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu gündən qapılarını oxucularının üzünə açır. Biz istəyirik ki, oxucularımız həm də bizim yazıçılarımız olsun.

Ən son

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin