Nəşr edilmişdir 02/01/2025

Paylaşın

GÜNDƏM

Qaradağda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Qaradağda Gənclər Gününə

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb.

RİH başçısı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində azərbaycançılıq məfkurəsi dayanıb. Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz  44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.

İcra başçısı nitqinin yekununda gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov gənclər siyasəti istiqamətində rayonda görülən işlər, “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə qısa məlumat verib.

Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 10 nəfər gənc icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.Bu barədə Baki-baku.az-a BDYPİ-dən məlumat

Ən son

GÜNDƏM

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir

GÜNDƏM

Fevral ayına olan hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, fevral ayı qış

GÜNDƏM

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən