Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2025

Paylaşın

GÜNDƏM

Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə universitet tələbələrinin görüşü keçirilib.

Baki-baku.az xəbər verir ki, görüşdə Agentliyin tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilən, yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilən Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov, Vüsal Şabanov, Ülvi Salayev, Bəkir Əsgərzadə və hərbi-həkim Namiq Seyfəddinli iştirak edib.

Onlar Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Müharibədən sonra keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov qazilərin fədakarlığı və mübarizə əzmini yüksək qiymətləndirib, onların cəmiyyətimiz üçün mənəvi dayaq olduğunu vurğulayıb. Bu cür görüşlərin gənclərin milli ruhda formalaşması baxımından böyük əhəmiyyətini diqqətə çatdırılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, postmüharibə dövründə onların reabilitasiya xidmətləri və vasitələri ilə təminatı istiqamətində aparılan işlərə dair məlumat verib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin