Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2025

Paylaşın

GÜNDƏM

Baki-baku.az tullantılarla bağlı daha bir problemin aradan qaldırılmasına nail oldu – YENİLƏNİB

Daha əvvəl məlumat verdiyimiz kimi, Bakı, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Hərbi şəhərcikdə tullantıların ətraf mühitə atılmasına və tullantı qablarının çatışmamasına dair sakinlər tərəfindən şikayət daxil olub.
Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı Xəzər rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinə edilən müraciət cavabsız qoyulmadı. Belə ki, sözügedən ərazi üzrə məsul qurum “Təmiz Şəhər” ASC olsa da, Birliyin əməkdaşları bu problemin həlli üçün dərhal hərəkətə keçdi. Hərbi şəhərciyinin ətrafı tullantılardan təmizləndi və ərazi əvvəlki vəziyyətinə qaytarıldı.

***
Bakı, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Hərbi şəhərcikdə tullantıların ətraf mühitə atılmasına və tullantı qablarının çatışmamasına dair sakinlər tərəfindən şikayət daxil olub.
Baki-baku.az xəbər verir ki, sakinlərdən daxil olan görüntülərə əsasən, ərazidə üç zibil qabı əvəzinə yalnız bir zibil qabı mövcuddur və o da qismən yararsız vəziyyətdədir. Bu isə tullantıların ətrafa atılmasına səbəb olur və ərazinin görünüşünə mənfi təsir edir.
Bəs görəsən, bu işə nəzarət edənlər niyə təmizlik işləri aparmır və ərazi üzərindəki məsuliyyətini dərk etmir? Belə vəziyyət həm sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, həm də Hərbi şəhərciyin ümumi görüntüsünü pozur.
Baki-baku.az olaraq məsələnin həllinə nail olmaq üçün aidiyyəti qurumlara müraciət ünvanladıq. Yaranmış vəziyyətin tezliklə aradan qalxacağına ümid edirik.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Metronun “Bənövşəyi” xəttinin şərti adı B-05 olan növbəti stansiyası “Qış parkı” nın yanında, “Nizami” metro stansiyasına yaxın ərazidə

Ən son

CƏMIYYƏT

Məhz buna görə də hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi

CƏMIYYƏT

Məhz buna görə də hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin