Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/10/2025

Paylaşın

GÜNDƏM

“Qəbələ – Xankəndi Ultramarafonu” başlayıb

IMG-20250410-WA0061

“Qəbələ – Xankəndi Ultramarafonu”na start verilib.

Baki-baku.azReport“a istinadla xəbər verir ki, marafondan öncə Qəbələ şəhərində tədbir keçirilib.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan gənclər strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qəbələnin bu gün beynəlxalq miqyaslı tədbirlərə – dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Qəbələ həm də 2025-ci ildə MDB-nin “Gənclər Paytaxtı” seçilib.

Qəbələ şəhər Mədəniyyət Mərkəzinin qarşısından start götürən “Qəbələ – Xankəndi Ultramarafonu” 192 km məsafəni əhatə edir.

Dörd mərhələdən ibarət olan marafonun birinci mərhələsi Qəbələ-Ağdaş, ikinci mərhələsi Ağdaş-Bərdə, üçüncü mərhələsi Bərdə-Ağdam və sonuncu, dördüncü mərhələsi isə Ağdam-Xankəndi marşrutu olacaq.

Qəbələ-Xankəndi marafonunda 6 ölkədən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukraynadan 100-ə yaxın qaçışçı iştirak edir.

Qeyd edək ki, “Qəbələ – Xankəndi Ultramarafonu” aprelin 13-də Xankəndi şəhərində sona çatacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В истории Римской империи есть эпизоды, которые до сих пор поражают воображение

Ən son

GÜNDƏM

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın

GÜNDƏM

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin