Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/09/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Baki-baku.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin