Nəşr edilmişdir 03/26/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Banqladeş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib.
Baki-baku.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önündə tədbir keçirilib.

GÜNDƏM

Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önündə tədbir keçirilib.