Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2026

Paylaşın

GÜNDƏM

Paytaxtın əsas yollarından birində yaranan nəqliyyat sıxlığı tamamilə aradan qaldırıldı

WhatsApp Image 2026-04-23 at 11.19.53

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Baki-baku.az-a bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə Bəsti Bağırova – Cəfər Cabbarlı küçələrinin kəsişməsində işıqforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb. Həmçinin Cəfər Cabbarlı – Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində işıqforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.
Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bank Respublika" ASC "Milli Kart" MMC-dəki 8,3 %-lik payını satıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə əlaqədar

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə əlaqədar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin