Təmir işləri ilə əlaqədar Bakının iki rayonunda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-nə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.