Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/02/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda zədələnən ağacların yerinə yeni ağaclar əkilir

1746187801644144667_1200x630

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə reydlər davam edir.
Baki-baku.az xəbər verir ki, qısa müddət ərzində yerli icra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən paytaxtın bir sıra rayonlarında səkilərin, ağacların və yaşıllıqların vəziyyəti monitorinq edilib, qurumuş və ya güclü külək, digər təbii səbəblərdən sınmış, zədələnmiş ağaclar müəyyən olunub və həmin ağacların yerinə yeni ağacların əkilməsi qərara alınıb.
Qeyd edilənlərlə əlaqədar “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birgə paytaxtın müxtəlif rayonlarında küçələr boyunca zədələnən ağacların yerinə yenilərinin əkilməsi ilə bağlı aksiya keçiriblər. Zədələnən 100-dən çox ağac kök hissəsindən çıxarılıb, yerində yeni ağaclar əkilərək, onlara aqrotexniki qulluq göstərilib. Bu ağaclara gələcəkdə qulluq göstərilməsi və suvarılması üçün cavabdehlər müəyyən olunub.
Bu işlər paytaxtın digər ərazilərində də davam etdiriləcək.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Xalq artisti Arif Babayev bu gün səhər saatlarında Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində vəfat edib.

Ən son

GÜNDƏM

Avqustun 2-3-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə

GÜNDƏM

Avqustun 2-3-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə