Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/02/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda zədələnən ağacların yerinə yeni ağaclar əkilir

1746187801644144667_1200x630

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə reydlər davam edir.
Baki-baku.az xəbər verir ki, qısa müddət ərzində yerli icra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən paytaxtın bir sıra rayonlarında səkilərin, ağacların və yaşıllıqların vəziyyəti monitorinq edilib, qurumuş və ya güclü külək, digər təbii səbəblərdən sınmış, zədələnmiş ağaclar müəyyən olunub və həmin ağacların yerinə yeni ağacların əkilməsi qərara alınıb.
Qeyd edilənlərlə əlaqədar “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birgə paytaxtın müxtəlif rayonlarında küçələr boyunca zədələnən ağacların yerinə yenilərinin əkilməsi ilə bağlı aksiya keçiriblər. Zədələnən 100-dən çox ağac kök hissəsindən çıxarılıb, yerində yeni ağaclar əkilərək, onlara aqrotexniki qulluq göstərilib. Bu ağaclara gələcəkdə qulluq göstərilməsi və suvarılması üçün cavabdehlər müəyyən olunub.
Bu işlər paytaxtın digər ərazilərində də davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıya gəldim, İçərişəhərdə Mir Mövsüm Ağa ocağına getdim, onu ziyarət etdim.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin