Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 399,6 milyon manat olub.
Bu barədə Baki-baku.az Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 19,2 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,7 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 % artaraq 561,3 milyon manat olub.