Nəşr edilmişdir 09/23/2024

Paylaşın

XƏBƏRLƏR

“Onlayn Azərbaycan” layihəsinin Bakıya aid hissəsi başa çatıb

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin avqust ayında Bakı şəhərində 4 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bu barədə “APA-Economics”ə Nazirlikdən bildirilib.

Məlumata görə, bununla da paytaxtda mövcud bütün təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin olunub.

Layihənin əsas operatorlarından olan “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev layihənin mühüm mərhələsinin başa çatması ilə əlaqədar olaraq deyib: “Biz müştərilərimizə dəyərli xidmət və sərfəli məhsul təqdim etmək imkanlarımızı daha da genişləndirmiş olduq”.

Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsinin icrasından öncə 2017-2020-ci illər ərzində Bakı şəhəri üzrə cəmi 193 min təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilmişdi.

Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Hazırda ölkə üzrə ümumilikdə 2,9 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədəki mövcud təsərrüfatların 97%-ni təşkil edir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Ən son

XƏBƏRLƏR

Baki-baku.az xəbər verir ki, aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət

XƏBƏRLƏR

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından

XƏBƏRLƏR

“COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq”.Baki-Baku.az Report.az-a istinadən xəbər verir ki, bunu