Nəşr edilmişdir 10/29/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Nyu-Yorkda Şopenin əvvəllər məlum olmayan valsı tapılıb

Şopen

Nyu-Yorkda Morqan Kitabxanası və Muzeyinin kuratoru Robinson MakKlellan Madison prospektindəki institutun kolleksiyasında bəstəkar Frederik Şopenin əvvəllər məlum olmayan əsərinin – valsının notlarını aşkar edib.
BakıBaku.az bu barədə “The New York Times” a istinadən xəbər verir.
Robinson MakKlellan artıq saralmış, 24 musiqi taktından (təkrarla 48) ibarət qısa əsərin not vərəqini tapıb. Əsərin yuxarısında XIX əsrin ən uğurlu bəstəkarlarından birinin soyadı yazılıb.
Şopenin xətti çox tanınan olduğundan, MakKlellan artefaktın həqiqiliyini yoxlamağa qərar verib. Kağız və mürəkkəbin analizi, həmçinin xəttin və kompozisiyanın musiqi üslubunun öyrənilməsi muzeydə məşhur polyak musiqiçisinin unudulmuş valsının olduğunu təsdiqləyib.
Mütəxəssislərin fikrincə, Şopen tapılmış valsı 1830-1835-ci illər arasında, 20-dən bir qədər çox yaşı olanda yazıb.
Musiqişünasların fikrincə, əsər tamamlanıb. İfa zamanı onun davametmə müddəti təxminən 80 saniyədir – bu, Şopenin daha əvvəlki illərdə yazdığı valslardan çox qısadır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. President.az xəbər verir ki,

Ən son

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir