Nəşr edilmişdir 02/21/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Novruz müjdəli Boz ay başlayıb

Xalqımızın rəsmi şəkildə istifadə etdiyi təqvimdən başqa, əsrlərdən-əsrlərə nəsillərdən-nəsillərə ötürdüyü öz təqvimi də var. Bu təqvimə əsasən, xalq arasında “qışın oğlan çağı” adlandırdığı mövsümü – Kiçik çillə artıq geridə qaldı.
Baki-baku.az xəbər verir ki, bu gündən etibarən Novruz bayramına 30 gün qalır. Həmin bu müddət isə Boz ay adlanır və o, bu gündən başlayır.
Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya “yazın qırxlı çağı” da deyilir. Bundan başqa, Boz ay xalq arasında “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Aya bu cür ad verilməsi Boz ayda havanın dəyişkən – günəşli, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır.
Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına – Qarayaz ayına qədər davam edir.


Xalq arasında Boz ay haqqında müxtəlif deyimlər var. Onlardan ən məşhuru “Boz ay bozara-bozara keçər”-dir ki, bunu da Boz ayda havaların sanki bozarmasına və tez-tez dəyişməsinə görə deyirlər. Bu ay haqqında rəvayətlər də var. Onun dəyişkən olmasının səbəbi bu rəvayətdə açıqlanır:
“Deyilənlərə görə, nə vaxtsa, Göy Tanrı 1 ili 12 aya bölüb. Bölgü zamanı hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ayın bundan inciməsindən narahat olan digər ayların hər biri öz ömründən 1 gününü bu aya hədiyyə verib. Lakin buna baxmayaraq, Boz ay yenə incik düşüb, narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya bağışlayıb. Bu səbəbdənbəzi aylar 30, bəziləri isə 31 gündür. Xalqın inancına görə, Boz ayda havaların gah qış, gah yay, gah yaz, gah da payız fəslinə uyğun olmasının da səbəbi məhz budur.


İlaxır çərşənbələrin Boz yada olması həm də bu ayda həmin çərşənbələrə uyğun adətlərin həyata keçirilməsi deməkdir. Bu ayda çərşənbə ənənələrinə uyğun olaraq, təmizlik işləri görülür, ev-eşik Novruz bayramı üçün hazırlıq vəziyyətinə gətirilir, evatma, danaatdı, torbaatdı, ağacqorxutma, üzərlik yandırma, tonqal qalama və s. kimi işlər görülür. Ayın sonunda Novruz bayramı günləri ərəfəsində isə buğdadan səməni göyərdilir, şəkərbura, paxlava, qoğal bişirilir, süfrəyə düzmək üçün müxtəlif bayram xuruşları hazırlanır.
Məlumat üçün qeyd edək ki, bu il ölkəmizdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Martın 4-də Od, 11-də Yel, 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si, Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.


Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İkinci yazı Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı

Ən son

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,