Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/02/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Niyə bəzi insanlar kabus görürlər?

5ACFD44E-AF6B-4475-B46F-08D2C0B54FCA

Bəzi insanlar tez-tez kabus görürlər. Bunun indiyə kimi səbəbləri tam məlum olmayıb. Lakin alimlər hazırda bunun dörd səbəbini açıqlayıblar.
Baki-Baku.az bu barədə DailyMail-ə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan səbəblərdən bəziləri tibbi, bəziləri isə psixolojidir.
“Böyük Britaniyada insanların üçdə biri və amerikalıların demək olar ki yarısı kabuslara, ruhlara və digər paranormal fəaliyyət növlərinə inandıqlarını deyirlər. Keçirilən sorğulara əsasən, hər beş nəfərdən biri həqiqətən kabus gördüyünü, hər 10 nəfərdən biri isə ölülərlə birbaşa əlaqə saxladığını deyir”, – qəzet yazır.
İnsanların kabusları görməsinin səbəblərindən biri yuxu iflicidir. Bu zaman insan yuxunun REM (rapid eye movement – sürətli göz hərəkəti) fazasında qəflətən oyanır, hərəkət edə və danışa bilmir.
Bəzi yuxu iflicindən əziyyət çəkənlər döş qəfəsində təzyiq hissi olduğunu bildirirlər və qorxulu fiqurlar də daxil olmaqla, hallüsinasiyalar görə bilərlər. Müasir elm bunun niyə baş verdiyini tam izah edə bilməsə də, yuxusuzluqdan, travma sonrası stres pozğunluğundan və həyəcan hissindən əziyyət çəkən insanlarda daha çox rast gəlindiyi bilinir.
Kabus görməyin digər bir səbəbi başağrısı, huşun aydın olmaması, başgicəllənmə və ürəkbulanmasına səbəb olan karbonmonoksit zəhərlənməsi ola bilər.
Digər səbəb kimi beyində müəyyən anomaliyaları – epilepsiya, Parkinson xəstəliyi və başqalarını da gətirirlər.
Bir insanın kabus görməsinin dördüncü səbəbi, yaxın insanın itkisindən sonra yaşadığı kədər də ola bilər.
İnsanlar bir-birinə o qədər öyrəşirlər ki, ölümdən sonra yaxınının varlığını hiss edir, onun səsini eşidir, bəziləri isə obrazını belə görürlər.
“Digər tərəfdən, ölümdən sonra həyata dair heç bir etibarlı elmi sübut olmaya bilər, lakin bu, onu tamamilə istisna etmir”, – deyə yekunlaşdırılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu layihə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin