Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/01/2026

Paylaşın

GÜNDƏM

NİİM: “Bakıda “Toy karvanları”nda iştirak edən bəzi sürücülər qəza şəraiti yaradırlar”

WhatsApp Image 2026-05-01 at 17.40.14

“Toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar.
Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
“Toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin!”, – məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay" MMC elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin