Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/31/2026

Paylaşın

GÜNDƏM

“Neft bumu hamıya gülümsəyir” tamaşasının premyerası olub

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın premyerası keçirilib.

Baki-baku.az xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunan tamaşanın premyerasında dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrının yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Metropoliteninin Əhmədli stansiyanda böyük sıxlıq yaranıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin