Nəşr edilmişdir 01/31/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Mərkəzi Nəbatat Bağında bitkilərin çoxaldılma xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işləri aparılır

Bakibaku

Bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə və kolların bölünməsi ilə çoxaltma üsuludur.
Baki-baku.az xəbər verir ki, Mərkəzi Nəbatat Bağında bitkilərin müxtəlif növ və sortlarının toxum və qələmlə çoxaldılma xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işləri həyata keçirilir. Tədqiqatın aparılmasının məqsədi yeni növ dekorativ bitkilərin introduksiyası, xarici mühit amillərinə uyğunlaşdırılması və Bağda nadir və nəsli kəsilməkdə olan bitki növlərinin sayının artırılmasıdır.
Bağda qortenziya, lusidium, dəfnəyarpaq kalina, çiyələk ağacı, fotiniya, nəhəng sekvoya və s. dekorativ, nadir və nəsli kəsilməkdə olan bitki növləri qapalı şəraitdə, əvvəlcədən hazırlanmış ştil qablarında qələm üsulu ilə çoxaldılır.
Qeyd edək ki, tədqiq edilən növ və sortlar bitki kolleksiyalarının zənginləşdirilməsi, rəng, forma, quruluş baxımından landşaft dizaynının rəngarəngliyini təmin etmək məqsədilə istifadə oluna bilər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan

Ən son

ƏSAS XƏBƏRLƏR

Bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə

GÜNDƏM

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur. Sahilində yaşadığımız,

GÜNDƏM

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən