GƏZMƏLİ YERLƏR

> MUZEYLƏR

Muzeylər

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir.

Muzeylər

Azərbaycan xalçasının milli bədii irsin qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi üçün yaradılıb. Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilib. Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi istifadə edilmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii irsinin yüksək səviyyədə təqdimatı kimi də fəaliyyət göstərir.

MUZEYLƏR

Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə 17 000-dən çox eksponat saxlanılır. Muzey müxtəlif ölkələrə və Azərbaycana məxsus sərgilərdən ibarətdir. Burada rəsm əsərləri, antik əşyalar, toxuma və tikmə sənəti nümunələri, heykəltaraşlıq kolleksiyası kimi nümunələrlə tanış ola, dünyagörüşünüzü genişləndirə və bu sahədə biliklər əldə edə bilərsiniz.

MUZEYLƏR

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılıb. Burada 200-dən artıq tarixi, arxeoloji və memarlıq abidələri mövcuddur. Muzeydə Azərbaycanın qədim tarixi, strateji obyektləri, qalaları, istehkamları, mədəniyyəti haqqında məlumatlarla tanış ola bilərsiniz.

MUZEYLƏR

Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının milli azadlıq hərəkatında göstərdiyi şücaəti hər bir vətəndaşımıza və gələcək nəsillərə göstərmək, tanış etmək və bu yolla onlara ölkəmizin tarixində baş verən hadisələri dəyərləndirmək, vətənimizə sevgi və hörmətin aşılanmasıdır. Hazırda muzeydə 20 000-dən çox eksponat mövcuddur.

MUZEYLƏR

Heydər Əliyev Mərkəzi müasir, unikal memarlığı ilə yerli və xarici qonaqların daim diqqətini cəlb edir. Mərkəzdə tariximizin və və müstəqil müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmləri əks etdirilir. Burada toplanan məlumatlar ziyarətçilərə müasir üsullarla çatdırılır. Yalnız Azərbaycanın tarixi, mədəniyyəti deyil, dünya ölkələrinin də mədəni sivilizasiyası, tarixi sərgilər, nümayişlər vasitəsilə ziyarətçilərə çatdırılır.