Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2026

Paylaşın

HƏR ŞEYDƏN

Meksikada mayyaların yaşadığı ərazilərdən kənarda 2500 ildən çox yaşı olan Günəş rəsədxanası aşkar edilib

Meksikanın Puebla ştatında arxeoloqlar Teteles-de-Avila-Kastilyo monumental kompleksinin astronomik məqsədlə istifadə olunduğunu müəyyən ediblər.

Baki-baku.az xəbər verir ki, Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına əsasən, bu, mayyaların ənənəvi yaşayış bölgəsindən kənarda aşkar edilmiş və mövcudluğu təsdiqlənmiş bu tipli ilk Günəş rəsədxanasıdır.

Qədim tikililər Syerra-Norte-de-Puebla dağlarında yerləşən Tetelihtik yaşayış məskəninə aiddir. Kompleksə iki tikili arasında yerləşən dördbucaqlı həyət, ölçüləri təxminən 90 x 40 metr olan şərq platforması və 46 x 27 metr ölçülü qərb tikilisi daxildir. Məhz qərb tikilisi Günəşin doğduğu nöqtənin dəyişməsini müşahidə etmək üçün istifadə olunub.

Kompleks orta klassikəqədərki dövrə, təxminən eramızdan əvvəl 1000–600-cü illərə aid edilir. Onun planlaşdırılması Qvatemaladakı Uaşaktun da daxil olmaqla, mayya yaşayış məskənlərində rast gəlinən E qrupu tipli memarlıq komplekslərini xatırladır. INAH-ın qiymətləndirməsinə görə, Meksikada aşkar edilən kompleks quruluşuna görə onlarla oxşarlıq təşkil etsə də, ölçülərinə görə Uaşaktundakı kompleksdən təxminən iki dəfə böyükdür.

Tikililərin istiqamətinin tədqiqi göstərib ki, burada aparılan müşahidələr təqvim dövrləri ilə əlaqəli olub. Arxeoloqların məlumatına görə, bu tikililər fevral ayında Mesoamerika təqvim ilinin başlanğıcını, oktyabrda isə məhsul yığımı dövrünü müəyyən etməyə imkan verib. Araşdırmalar zamanı Günəşin doğduğu nöqtələrlə gecə-gündüz bərabərliyi və gündönümü arasında müəyyən qanunauyğunluqlar aşkar edilib.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinin İstixana ərazisində (“Parnik” kimi tanınan ərazi) sürücülər çətinliklə hərəkət edirlər.

Ən son

GÜNDƏM

Gentle Hands “Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə

GÜNDƏM

Gentle Hands “Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin