Nəşr edilmişdir 02/27/2025

Paylaşın

GÜNDƏM

Mart və aprel aylarından Bakıdan yeni istiqamətlərə aviareyslər açılacaq

IMG-20250227-WA0135

Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.
Baki-baku.az Aeroporta istinadən xəbər verir ki, aparıcı aviaşirkətlər marşrut şəbəkələrini genişləndirərək, mövcud istiqamətlər üzrə uçuşların sayını artırır və səyahətləri daha rahat və əlçatan edir.
Martın 2-dən etibarən “Air Astana” Bakı-Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Martın 21-dən etibarən “Fly Arystan” Bakı-Aktau marşrutu üzrə reysləri bərpa edəcək.
Martın 30-dan etibarən “Pegasus Airlines” Dalaman istiqamətində müntəzəm uçuşlara başlayacaq.
“Flynas” Bakı – Dammam marşrutu üzrə birbaşa reyslərə start verəcək. “Uzbekistan Airways” Bakı – Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.
Aprelin 15-dən “Aegean Airlines” Bakı – Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq. Aprelin 28-dən AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq və sərnişinlərə Monteneqronun füsunkar təbiətini kəşf etmək üçün unikal imkan yaradacaq.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.
Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət

Ən son

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata