16 fevral 2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları ilə buradan tanış ola bilərsiniz.
Baki-baku.az xəbər verir ki, test tapşırıqlarının izahları isə gün ərzində DİM-in internet saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.