Tenerifedən olan ən məşhur karnaval truppalarından biri Los Joroperos bu həftə sonu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin şou proqramının ulduzu olacaq.
Bu barədə Baki-baku.az İspaniya KİV-inə istinadən xəbər verir.
15 iştirakçıdan ibarət qrup bu gün Bakıya yola düşəcək.
Onların çıxışının trekdən kənar həftə sonunun ən parlaq hadisələrindən biri olacağı və Santa-Krus karnavalının ruhunu bütün dünyada milyonlarla tamaşaçının izləyəcəyi tədbirdə canlandıracağı gözlənilir.
Həftə sonunun əsas şoularından əlavə, onlar həmçinin F1 təqvimində ən möhtəşəm və çətin traslardan biri olan və yalnız əfsanəvi Monako trekiylə müqayisə edilə bilən Bakı şəhər trasında keçiriləcək ilkin tədbirlərdə də iştirak edəcəklər.
Truppanın prezidenti Fernando Hernandes ümid edir ki, bu macəra ispan pilotlar üçün də talisman rolunu oynayacaq:
“Ümid edirəm ki, Fernando Alonso və Karlos Saynsa uğur gətirə biləcəyik”.
Qeyd edək ki, “Los Joroperos” İspaniyanın Kanar adalarında yerləşən Santa-Krus-de-Tenerife şəhərinin ən məşhur və uğurlu karnaval truppalarından biridir. Bu qrup 1983-cü ildən bəri karnavalda iştirak edir.