Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/05/2025

Paylaşın

GÜNDƏM

Lökbatanda yanğın baş verib: Dörd nəfər dünyasını dəyişib

WhatsApp Image 2025-12-05 at 09.15.29

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Baki-baku.az xəbər verir ki, dekabrın 5-də, saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.

Məlumatda qeyd olunur ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində dörd nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində Afət Müzəffər qızı İbrahimova (1974), Ramal Niyazi oğlu İbrahimov (2006), Sevinc Fazil qızı Əliyeva (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yenilənmiş veb-saytı istifadəyə verilib.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik

GÜNDƏM

"Bakı Metropoliteni" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin