Nəşr edilmişdir 12/13/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

4QyVmgKBFSXUCn1AKpK27E61e0KqGP2KNtKzOOwp_1200 (1) (1)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.
Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub.
Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq salmaq və faciənin tanıdılması istiqamətində böyük rol oynayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanıdılmasının, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində icbari dispanserizasiya prosesinə

Ən son

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri