Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/05/2026

Paylaşın

TARİX

İnsan ruhuna toxunan hikmət çələngi

İnsanda insan yaradan, onun mənəvi zənginliyinin formalaşmasına təsir edən elə əfsanələr, nağıllar, hikmətli kəlamlar var ki, dünyanın rəngini, ahəngini dəyişir. İndi təqdim etdiyimiz 4 hekayət də dediklərimizə nümunədir.

“Çiftə Sultanlar” təpəsinin sakinləri – İmam Hüseynin yadigarları

Peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseynin Kərbəlada şəhid ediləndə himayəsiz qalan qızları – 12 yaşlı Fatimə və 11 yaşlı Səkinə – şakilər tərəfindən Anadoluya qaçırılıb Bizansa satılır. O dövrün kralı bu vəziyyətdən istifadə etmək istəyir və onları rahibə etmək üçün hər cür çarəyə əl atır. Əvvəlcə onları çox yaxşı qarşılayır, incilər, mərcanlar, xidmətçilər, arabalar, gözəl geyimlər içində bir qonaq kimi saxlayırlar.

Qızlar bu dəbdəbənin bir bədəli olmalıdır deyə düşünürlər. Əvvəlcə ibadətlərini sərbəst şəkildə yerinə yetirirlər. Sonda kral əsl üzünü göstərir. “Bizansda yaşayırsınız, bizim kimi olmalısınız”, – deyir. Onları monastıra göndərmək istəyir, lakin qəbul etmirlər.

Qızları bəzəkli otaqlarından alıb qaranlıq dəhlizlərə göndərir. Çox əziyyət çəkirlər. Onlara quru bir çörək və bir bardaq su verilir. Dəhlizlərdən qəhqəhə və çığırtı səsləri gəlir. Kral onlara qırx gün möhlət verir: ya monastıra girəcəklər, ya da xristian ayinlərini icra edəcəklər.

Kraliça işə qarışaraq məsələni sərtliklə deyil, yumşaqlıqla həll etmək üçün öz qızı – 14 yaşlı Katerinanı – onlara yoldaş kimi göndərirlər. Məqsədləri öz dinlərini və yaşayış tərzlərini sevdirməkdi. Fatimə və Səkinə qonaqlarını dostcasına qarşılayırlar.

Şahzadə bu iki qızı çox sevir və onlardan çox təsirlənir. Onların həyatı, yaşayışı, əxlaqı və dini ilə bağlı suallar verir və böyük heyranlıqla dinləyir. Bir çox kəramətlərinə şahid olur və müsəlman olur. Artıq onlardan heç ayrılmır. “Nə deyirsinizsə, nə edirsinizsə doğrudur”, – dediyi üçün qızlar ona Siddiqə adını verirlər.

Zindandan xəbər alan ata-anasına Siddiqə xəbər göndərib: “Hər şey çox yaxşı gedir, təəccüblənməyə hazır olun”, – deyir. Lakin sayılı gün tez keçir və qırxıncı gün vidalaşma vaxtı gəlir. Siddiqə, “Nə xoş sizə, şəhid olaraq sevdiklərinizə qovuşacaqsınız. Mən isə…” deyir.

Fatimə bir kağıza Siddiqənin müsəlman olduğunu yazır və əllərini açıb dua etməyə başlayır. Digərləri amin deyir. Bir az sonra üçü birdən vəfat edirlər. Hər üçü İstanbulda “Çiftə Sultanlar” təpəsində dəfn olunurlar.

Əli əleyhissalamın həqiqəti

Əli əleyhissalam bir xristianın qonağı olur. Ev sahibi süfrəyə üzüm qoyur. Həzrət Əli üzümü yeyir. Sonra ev sahibi üzümdən hazırlanmış şərab gətirir. Əli əleyhissalam “Bu haramdır”, – deyir. 

Xristian: “Mən siz müsəlmanlara heyranam. Üzüm halal, içki haramdır. Halbuki bu ondan hazırlanır”.

Əli əleyhissalam “Sənin həyat yoldaşın var?” deyə soruşdu. Ev sahibi “Var” deyir. “Qızın var?” deyə soruşduqda, “O da var” deyir.

Əli əleyhissalam “Hər ikisi gəlsin buraya”, deyə xahiş edir. 

Həyat yoldaşı və qızı gəldikdə Həzrət Əli üzünü ev sahibinə tutub söyləyir: “Bu qız onun anasıdır, amma görürsən ki, Allah anasını sənə halal, qızını isə haram buyurmuşdur”.

Xristian, “Şəhadət edirəm ki, Allah təkdir və Məhəmməd Onun qulu və elçisidir, sən isə Onun xəlifəsisən”, deyərək əllərindən öpüb İslamı qəbul edir.

Bestami həzrətlərinin yuxusu

Beyazid-i Bestami həzrətləri bir gecə yuxusunda qaribanə bir səs eşidir: “Ey Beyazid-i, sabah şəhərə ilk girən şəxsin ardınca düş. O bizim dostumuzdur”.

Həzrət həyəcanla səhər namazından əvvəl şəhər qapısına gedir. Gözləyərkən qapıdan içəri girən şəxsi görən zaman donub qalır; gələn şəxs şəhərin ən böyük günahkarı – içki aludəçisi idi. 

Mübarək Həzrəti Bestami təəccüblənir, amma “vardır bir hikməti” deyərək adamı gizlicə izləməyə başlayır.

Adam bir çörəkxanaya girir, çörək alır, ət bazarına gedir, ət alır. Sonra şəhərin ən ucqar, ən xarabalıq məhəlləsindəki kiçik bir evə daxil olur. 

Beyazid həzrətləri pəncərədən içəriyə baxır. O, aldığı ətləri bişirməyə, çörəkləri bölməyə başlayır və yataq xəstəsi, baxıma möhtac çox yaşlı bir qadına öz əlləri ilə o yeməyi yedirir.

Yaşlı qadının gözləri kor, qulaqları ağır eşidirdi. Yemək bitdikdən sonra əllərini açır və elə bir dua edir ki, sanki göy qübbəsi sarsılır:

“Ey Rəbbim, bu adam mənə baxır, mənim ehtiyacımı ödəyir. Sən onu, sevdiyin qulun Beyazid-ı Bestamiyə yoldaş et”.

Beyazid-i Bestami bunu eşidərkən göz yaşları sel olur, içəri girir və ona sarılır.

Adam təəccüblə soruşur:

“Sən kimsən?”

Beyazid həzrətləri deyir:

“Mən o duadakı Beyazidəm!”

Bunu eşidən adam hönkür-hönkür ağlayır. “Əfendim, mən günahkar biriyəm. Bu yaşlı qadın mənim anamdır. Hər gün ona qulluğunda dururam. O da daim mənə bu duanı edir. Mən hara, böyük Beyazid-i Bestami hara?! Amma indi görürəm ki, Kərim olan Rəbbim ucaların ucası və çox səxavətlidir.”

Üç tikə çörəyin mükafatı

Həzrəti Əlinin qardaşı Cəfər ibn Əbu Talibin oğlu Abdullah, isti bir gündə bir qəbilənin xurma bağına düşür. Abdullah burada dincələrkən, xurma bağında işləyən bir köləyə yemək vaxtı üç parça çörək gəldiyini görür.

Kölə çörəklərdən birini ağzına aparmaq istəyəndə, birdən önündə aclığı hər halından görünən bir it peyda olur. Kölə əlindəki çörəyi itin önünə atır. İt çörəyi dərhal yeyir.

Kölə ikinci çörək parçasını da itə verir. İt onu da bir dəfəyə yeyir. Kölə üçüncü çörəyi də itə verir, sonra qalxıb işinə qayıtmaq istəyir.

Olanları uzaqdan izləyən Abdullah yaxınlaşır və soruşur:

– Ey kölə! Bu üç parça çörəkdən niyə özün üçün heç ayırmadın?

Kölə cavab verir:

– Gördüm ki, heyvan çox acdır. Onu ac qoymaq istəmədim.

Abdullah yenidən soruşur:

– Bəs indi sən nə yeyəcəksən?

Kölə sakitcə “Oruç tutacağam”, deyir.

Bundan sonra Abdullah ibn Cəfər kölədən sahibinin kim olduğunu və evinin harada yerləşdiyini soruşur. Gedib xurma bağının sahibini tapır və xurma bağını içindəki kölə ilə birlikdə alır.

Sonra geri dönür. Köləyə sarı gəlib xurma bağını və onu sahibindən aldığını bildirib, deyir:

– Səni azad edirəm. Bu xurma bağını da sənə hədiyyə edirəm!

Cömərdliyi ilə məşhur Abdullah ibn Cəfər bir gün ondan daha mərd olan birini tanıyıb-tanımadığı soruşur. O da bu hadisəni danışır. Dinləyənlər deyirlər: 

– Kölə itə sadəcə üç parça çörək verdi. Sən isə ona böyük bir xurma bağı və azadlığını verdin.

Abdullah ibn Cəfər belə cavab verir:

– Amma o, əlindəkinin hamısını verdi. Mən isə yalnız bir hissəsini verdim.

Hazırladı: Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.

Ən son

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin