Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2026

Paylaşın

GÜNDƏM

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı olub.
Baki-baku.az xatırladır ki, seçkilər ərəfəsində, həmin il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmışdı. O, müraciətində siyasi varisi haqqında fikirlərini bölüşərək demişdi:
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Beləliklə, xalqın dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi altında ölkənin gələcək inkişafının yeni mərhələsinə start verildi.
Ötən 23 il ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş verib. Bu dövrdə ölkənin iqtisadi potensialı güclənib, əhalinin rifahının yüksəldilməsi istiqamətində addımlar atılıb, müdafiə qabiliyyəti artırılıb və beynəlxalq mövqeləri möhkəmləndirilib. Azərbaycan regional və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirakını genişləndirərək mühüm tərəfdaşlardan birinə çevrilib.
Bu illərin ən mühüm hadisələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından birinin gerçəkləşməsi ilə nəticələnib.
44 günlük Vətən müharibəsi zamanı dövlət başçısının xalqa müraciətləri cəmiyyətdə həmrəyliyin güclənməsində, milli birliyin qorunmasında və qələbə əzminin möhkəmlənməsində mühüm rol oynayıb. Prezidentin çıxışları xalqın mübarizə ruhunu yüksəldib, cəmiyyətin vahid məqsəd ətrafında birləşməsinə töhfə verib.
Hazırda Azərbaycanda iqtisadi inkişafın davam etdirilməsi, sosial proqramların icrası və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması əsas istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır.
Qarşıdakı dövrdə bu proseslərin davam etdirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi və sakinlərin öz doğma yurdlarında təhlükəsiz, dayanıqlı həyat şəraitinin təmin olunması qarşıda duran əsas vəzifələr sırasındadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30 % azdır.

Ən son

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin