Nəşr edilmişdir 02/05/2025

Paylaşın

GÜNDƏM

İçərişəhərdə Mir Teymur Məmmədovun ingiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib

baki

Fevralın 3-də İçərişəhərdə Azərbaycanının tanınmış rəssamı və keramika ustası Mir Teymur Məmmədovun ingiltərəli həmkarı İrina Denev ilə birgə yaratdığı keramika əsərlərindən ibarət sərginin nümayişi baş tutub. Sərgi üç gün davam edən “Duet Simpozium”un nəticəsi olaraq ərsəyə gəlib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, qədim şəhərin sakinləri, Mir Teymur Məmmədovun sənət dostları, o cümlədən, incəsənət xadimləri iştirak ediblər.
Mir Teymur Məmmədov və İrina Denevin birgə əməkdaşlığı yalnız Azərbaycanın beynəlxalq sənət aləmində tanıdılmasına töhfə vermir, eyni zamanda dünyanın fərqli bölgələrindən gələn zəngin keramika ənənələrini birləşdirərək sənətsevərlərə yeni və fərqli təcrübə təqdim edir. Bu kimi yaradıcılıq layihələri mədəniyyətlərarası əlaqələrin inkişafına və sənətin müxtəlif üslublarının qarşılıqlı təsirinə dəyər qatır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.