Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/02/2026

Paylaşın

ƏDƏBİYYAT

Hekayə müsabiqəsinin nəticələri açıqlanıb

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə müsabiqəsinin yekun tədbiri və mükafatlandırma mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, müsabiqə gənc yazarların yaradıcılıq potensialının üzə çıxarılması, onların daha geniş auditoriyaya təqdim edilməsi və ədəbi mühitdə tanınırlığının artırılması məqsədi daşıyıb. İştirakçılar hekayələrini “Təsadüfi görüş”, “Gələcəyə məktub” və “Yayın son günü” mövzuları üzrə təqdim ediblər.
Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Samirə Əşrəf “Sonuncu yayın sonatası”, II yerin qalibi Məhəmməd Abbasov “Yaddaş”, III yerin qalibi Elnarə Rüstəmova isə “Parçalanmış Ayna” hekayəsi ilə müəyyənləşib. Qaliblər diplom və sertifikatlarla təltif olunmaqla yanaşı, Indigo Printing House-dən istədikləri çap məhsullarını əldə etmələri üçün kuponlarla mükafatlandırılıblar. Belə ki, I yerin qalibinə 500 AZN, II yerin qalibinə 300 AZN, III yerin qalibinə isə 200 AZN dəyərində kupon təqdim olunub.
Nəticələrə əsasən seçilmiş 26 hekayə “Seçilmiş hekayələr” kitabı adı altında çap olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Ən son

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin