Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Hansl gündəlik vərdişlər vaxtından əvvəl qocalmaya gətirib çıxarır?

Gecəyarısından sonra yatmaq, tez-tez müxtəlif qəlyanaltılardan atışdırmaq və telefondan çox istifadə vərdişi qocalığa səbəb olan əsas amillərdir.

Baki-baku.az portalı xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında sağlam həyat tərzi sahəsində rusiyalı ekspert Yevgeni Maşkovski deyib.

Mütəxəssis qocalmaya səbəb əsas faktor kimi birinci sıraya pis yuxu rejimini göstərib:

“Pis yuxu qocalmanın ən vacib katalizatorlarından biridir. Gecəyarısından sonra yatmaq, parlaq ekran işığı, gecə yemək və ya spirtli içki içmək sirkadiyalı ritmləri, melatonin və kortizol istehsalını pozur. Nəticədə, bədənin bərpa sürəti azalır.

Qidalanma rejimi heç də az əhəmiyyət kəsb etmir. Fasiləsiz tez-tez yemək, həddindən artıq şəkər tərkibli qidaların qəbulu orqanizmdə mikrobiotanın fəaliyyətini pozur və hüceyrənin qocalmasına kömək edir. Ultra emal olunmuş qidalar xüsusilə zərərlidir, söhbət xüsusən supermarketdən alınan şirniyyatlardan, kolbasa, qəlyanaltılar və fastfudlardan gedir.

Xroniki stres yaşlanmanın başqa bir sürətləndiricisidir. Bu, hormonal səviyyəni pozur, insulin istehsalını pisləşdirir və bədəndə bərpa proseslərini ləngidir”.

Mütəxəssisin fikrincə, stresi minimuma endirmək üçün effektiv üsullar tənəffüs məşqləri, meditasiya proqramlarıdır. Ekspert əlavə edib ki, bədənin xarici və daxili stresə reaksiyasını nəzarətdə saxlamaq üçün mütəmadi qan qlükoza sensorlarından istifadə edərək stres səviyyəsinin monitorinqini aparmaq lazımdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, результаты исследования опубликованы в журнале Energy & Environmental Materials

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli
Facebook
X (Twitter)
LinkedIn
Email